İDMAN


U-20 Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

U-20 Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Bakı, 28 mart, AZƏRTAC

Bu gün sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatın ilk günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Həmçinin çempionatın açılış mərasimi olub. Hakimlərin paradından sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb və çempionatı açıq elan edib.

Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı və fəxri diplomu ilə təltif edilmiş, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalovun 75 illik yubileyi ilə bağlı olaraq Azərbaycan Güləş Federasiyası və Milli Olimpiya Komitəsi adından xatirə hədiyyələri təqdim edilib. Daha sonra 6 çəki üzrə medal görüşləri keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ruslan Abdullayev (57 kq), Musa Ağayev (61 kq), Ramik Heybətov (65 kq), Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq) və Sadiq Mustafazadə (79 kq) bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.