İDMAN


U-20 millimiz Gürcüstan və Makedoniya yığmaları ilə üz-üzə gələcək

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq. Yığmamız həmin gün – mayın 16-da gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 24-də və 27-də isə komandamız Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.