İQTİSADİYYAT
“Uber” Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda xüsusi avtomobilləri xəttə buraxıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü ilə bağlı “Uber” Bakıda xüsusi avtomobilləri xəttə buraxıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Dövlət Müstəqilliyi Günü münasibətilə “uberX” avtomobilləri smartfonun ekranında milli bayrağın rənglərinə boyanıb. Aksiya bütün gün ərzində davam edəcək.
Bununla belə, “Uber”də gedişin keyfiyyət və etibarlılığı həmişəkindən fərqlənməyəcək. Bakı sakinləri və paytaxtın qonaqlarına nəzakətli və səliqəli sürücülər xidmət göstərir, yaxşı avtomobillər təqdim olunur, avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtı isə təxminən 5 dəqiqəyə yaxındır.
Dövlət Müstəqilliyi Günündə gediş haqqı dəyişməz qalıb. “UberX” ilə avtomobilin sifariş ünvanına çatdırılma qiyməti 0,55 manat, hər dəqiqəyə görə 0,02 manat, hər kilometr üçün 0,34 manat təşkil edir (üç tərkib hissə toplanır), “UberSELECT” ilə isə müvafiq olaraq 0,80 manat, 0,03 manat və 0,40 manat təşkil edir (üç tərkib hissə toplanır).
İstifadəçilər gediş qiymətini gedişdən öncə tətbiq vasitəsilə hesablaya və bu məbləği yol yoldaşları arasında bölə bilirlər. Müvafiq seçimlər tətbiqdə təklif olunur.