İQTİSADİYYAT


“Ucar” Elektrik Şəbəkəsi Müəssisəsində payız-qış mövsümünə hazırlıq işləri yekunlaşıb

Bakı, 26 sentyabr (AZƏRTAC). “Ucar” Elektrik Şəbəkəsi Müəssisəsində payız-qış mövsümünə hazırlıq işlər yekunlaşıb. Bu məqsədlə şəbəkə üzrə elektrik verilişi xətlərində və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılıb.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müəssisə üzrə bu ilin avqust ayında 6,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Bu, ötən ilin eyni dövründəki istehlakdan 851 min kilovat-saat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda 2,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak, təxminən 296 min kilovat-saat təşkil edib. Ödənişdə 21 faizə və 8 faizə yaxın artım qeydə alınıb. Ötən 8 ayda isə ümumi istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 milyon kilovat-saata yaxın artaraq 50 milyon kilovat-saata yaxın olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.