CƏMİYYƏT


Ucar rayonunda atasını öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Bakı, 13 iyul, AZƏRTAC

Xəbər verildiyi kimi, iyulun 10-da saat 03 radələrində Ucar rayonunun Bərgüşad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə əlaqədar Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ucar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.