REGİONLAR
Ucar rayonunda çəltik əkini başa çatıb
Ucar, 27 iyun, AZƏRTAC
Ucar rayonunda çəltik əkini başa çatıb. Torpaq mülkiyyətçiləri cari mövsümdə 678 hektar sahədə əkin aparıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, çəltik əkini sahələri ötən ildəkindən 48 hektar çox olub. Bu ilki mövsümdə çəltik rayonun 8 icra nümayəndəliyində əkilib. Əkin daha çox Müsüslü, Əlikənd, Ənvər Məmmədxanlı və Qaziyan ərazi dairələrində aparılıb. Bu ərazilərdə çəltikçilik artıq ənənəvi sahədir və torpaq mülkiyyətçiləri gələcək bol məhsul üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsinə ciddi diqqət yetirirlər.
Qeyd edək ki, əkinqabağı sahələrdə hamarlama, tirləmə işləri aparılıb və normaya uyğun su ilə doldurulub. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]