REGİONLAR


Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Bakı, 5 iyul, AZƏRTAC

Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-sı saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.