REGİONLAR


Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də saat 09:00-dan Qaz İxrac İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Bu müddət ərzində Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, saat 09:00-dan orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsi və 10:00-dan aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.