REGİONLAR
Ucarda 12 min hektardan çox sahədə taxıl əkiləcək
Ucar, 15 noyabr, AZƏRTAC
Ucar taxılçıları hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, payızlıq səpin kampaniyasını sürətlə davam etdirirlər.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, hər gün sahələrə 40-45 texnika çıxarılır. Yağışların fasilə verdiyi günlərdə hər yerdə səpin kampaniyası sürətlə davam etdirilir. Cari mövsümdə bölgədə 12 min 200 hektarda taxıl əkiləcəyi proqnozlaşdırılır. Artıq 9 min 250 hektarda səpin aparılıb. Bundan 4975 hektarı arpa, qalanı isə buğdadır. Arpa səpini demək olar ki, başa çatıb.
Hazırda rayonun daha çox taxıl əkilən Şilyan, Alpout, Şahlıq, Qazıqumlaq, Qaziyan və bir sıra digər ərazi vahidlərində səpinin tez və itkisiz başa çatdırılması üçün bütün imkanlardan istifadə olunur.