REGİONLAR
Ucarda 14 min 300 hektardan çox sahədə payızlıq taxıl əkilib
Ucar, 25 dekabr, AZƏRTAC
Ucar rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb. Fermerlər və fiziki şəxslər gələn ilin məhsulu üçün 14 min 307 hektar sahədə əkin aparıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar havaların əlverişsiz keçməsi müəyyən çətinliklər yaratsa da, taxılçılar bu mühüm kampaniyanı başa çatdırıblar. Əkin sahələrinin 6406 hektarı buğda, 7901 hektarı isə arpadır. Əkində 40-dək texnikadan istifadə olunub. Rayonun daha çox taxıl əkilən Yuxarı Şilyan, Müsüslü, Boyat, Lək, Xələc və bir sıra digər ərazi dairələrində səpinin daha mütəşəkkil aparılması üçün bütün imkanlardan maksimum səmərəli istifadə edilib.
Qeyd edək ki, ilkin əkin aparılan sahələrdə normal çıxış alınıb. Hazırda əksər ərazilərdə suvarma işləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]