CƏMİYYƏT


Ucarda “Azərbaycanın müstəqillik yolu” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Ucar rayonundakı Gənclər Mərkəzində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə “Azərbaycanın müstəqillik yolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Ucar rayon gənclər və idman idarəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Ucar rayon gənclər və idman idarəsinin rəisi Əhliman İbrahimov tədbirdə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesindən danışıb. O, Azərbaycan xalqının əsl müstəqilliyə ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra qovuşduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində müstəqilliyini daha da möhkəmləndirən Azərbaycan bu gün dünya birliyində özünə layiqli yer tutub.

Digər çıxışlarda Tədbirdə Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin müəllimi Tağı Rəfiyev “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqillik yolunun başlanğıcı”, gənclər və idman idarəsinin əməkdaşı Nuru Piriyev “Azərbaycanda dirçəliş hərəkatı və müstəqilliyin elan olunması”, Rəstəcə kənd tam orta məktəbin direktoru, “Odlar Yurdu” hərbi-vətənpərvərlik klubunun sədri Rahib Rəsulov “Müstəqil Azərbaycan və müasir dövr” mövzularında çıxış ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva tədbirin əhəmiyyətini vurğulayaraq, əlamətdar gün münasibətilə gənclərə təbriklərini çatdırıb.

Sonda müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərə dair film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.