REGİONLAR
Ucarda “İntellektual klubların Gənclər liqası”nın ilk seçim turunun 1-ci mərhələsi keçirilib
Ucar, 13 may, AZƏRTAC
Ucar rayonunda ölkənin ən böyük intellektual yarışı - “İntellektual klubların Gənclər liqası”nın 1-ci seçim turu start götürüb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ucar nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən intellektual liqanın 1-ci seçim turunda 6 komanda üzrə 36 gənc iştirak edib.
İlk seçim turu 4 mərhələdən ibarətdir və daha 3 tur da keçiriləcək. Qalib komandalar zona finallarında iştirak edəcək. Zona qalibləri isə iyunun 11-12-də Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Badamlı şirkətinin tərəfdaşlığı, "ARB" media qrupunun dəstəyi ilə keçirilir.