REGİONLAR
Ucarda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Ucarda Vətən müharibəsi şəhidi Bəkirov Təbriz Etibar oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi və kollektiv üzvləri, ictimaiyyət nümayəndələri, Təbrizin valideynləri şəhidin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, şəhid Təbriz Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. 2020-ci il oktyabrın 4-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezidentin Sərəncamına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.