REGİONLAR


Ucarda avtomobil qəzası baş verib, 3 nəfər yaralanıb

Ucar, 5 dekabr, AZƏRTAC

Ucarda bu gün axşam saatlarında baş verən avtomobil qəzasında 3 nəfər yaralanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, , hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99 LN 502 dövlət nömrə nişanlı “Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri-1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları- 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.