REGİONLAR


Ucarda çəltik yığımı davam edir

Ucar , 11 oktyabr, AZƏRTAC

Ucar rayonunda çəltik biçini sürətlə davam edir və artıq 590 hektardan çox sahənin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari mövsümdə 780 hektarda çəltik yetişdirilib ki, bu da ötən ildəkindən 121 hektar çoxdur. Yerli bazarlarda öz keyfiyyəti ilə seçilən bu məhsul rayonun 7 kəndinin ərazisində yetişdirilib. Bir sıra kəndlərdə, xüsusilə Əlikənd, Qaziyan, Boyat yaşayış məntəqələrində sahələrdən bol məhsul götürülür. Hələlik rayon üzrə 1380 tonadək məhsul əldə edilib.

Qeyd edək ki, Ucar respublikamızda çəltikçiliklə məşğul olan 12 rayondan biridir. Ölkə başçısının ötən il sentyabrın 3-də Lənkəranda keçirilən və çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr edilən müşavirədə qarşıya qoyduğu konkret vəzifələr rayonda çəltikçiliyin inkişafına böyük təkan verib. Təsadüfi deyildir ki, cari mövsümdə əkin sahəsi xeyli artıb. Gələn il də çəltik əkini sahələrinin artacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.