REGİONLAR


Ucarda çiyid səpini başa çatıb

Ucar, 7 may, AZƏRTAC

Ucar rayonunun pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarında çiyid səpini kampaniyası başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari il üzrə nəzərdə tutulduğu qədər - 500 hektar sahədə çiyid əkini aparılıb. Bunun üçün 30 fermer təsərrüfatı ilə əvvəlcədən müqavilə bağlanıb. Səpin rayonun 5 icra nümayəndəliyinin əhatə etdiyi ərazilərdə aparılıb. Bunlar Təzə Şilyan, Qaziyan, Lək, Xələc və Şahlıq yaşayış məntəqələrini əhatə edir.

Qeyd edək ki, ilkin səpin aparılan 130 hektarda normal çıxış alınıb. Artıq bu sahələrdə ilkin becərmə işlərinə başlanılıb. Hələlik çıxış alınan ərazilərdə 3 kultivasiya işləyir. Daha 2 becərmə texnikası hazır vəziyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.