Ucarda ev yanıb
AzerTAg.az
Ucar, 28 iyun, AZƏRTAC
Ucar şəhərində ev yanıb. Bu, rayonda bir gecədə ikinci yanğın hadisəsi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdəki hadisə gecə saatlarında Vəsilə Zahidova küçəsində baş verib. Belə ki, rayon sakini, 1950-ci il təvəllüdlü Fatma Əmrah qızı Məmmədovaya məxsus 3 otaq və artırmadan ibarət evdə yanğın olub. Ev sahibi Bakıda yaşadığından hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib. Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğın yerinə cəlb olunub. Evin bir otağı əşyaları ilə birlikdə yansa da, yanğınsöndürənlərin səyi nəticəsində qalan hissəsi və yaxınlıqdaki tikililər mühafizə olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Araşdırma aparılır.
Qeyd edək ki, ötən gecə rayonun Qazyan kəndində də evdə yanğın olub.

Xəbərin mətnində orfoqrafik səhv var