Ucarda ilkin səpin aparılan taxıl sahələrinin suvarılmasına başlanılıb
AzerTAg.az
Ucar, 29 oktyabr, AZƏRTAC
Ucar rayonunda payızlıq taxıl əkini davam edir və artıq 3120 hektarda səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda hər gün sahələrə 20 şum traktoru, 12 səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkiləcək Müsüslü, Yuxarı Şilyan, Boyat, Qaradağlı və bir sıra digər ərazi dairələrində bu mühüm kampaniya daha mütəşəkkil davam etdirilir. Taxılçılar ilkin əkin aparılan sahələrdə suvarma işlərinə başlayıblar. Qısa vaxtda 189 hektar sahə suvarılıb.
Qeyd edək ki, Ucar rayonunda gələn ilin məhsulu üçün 11,5 min hektardan çox sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır.

Xəbərin mətnində orfoqrafik səhv var