REGİONLAR
Ucarda indiyədək 13 min 22 hektar sahədə taxıl səpini aparılıb
Ucar, 26 noyabr, AZƏRTAC
Ucar rayonunun taxılçıları payız qayğılarını yaşayırlar. Səpini tezliklə başa çatdırmağa çalışan fermerlər və fiziki şəxslər əkin sahələrində həm də suvarma işləri aparırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək 13 min 22 hektar sahədə səpin aparılıb. Bunun da 5227 hektarı buğda, qalanı isə arpadır. Əkilən sahələrin 5200 hektarında normal çıxış alınıb. Hazırda əkin aparılan ərazilərdə mühüm aqrotexniki tədbir olan suvarma işləri həyata keçirilir. İndiyədək 8025 hektar sahə suvarılıb. Suvarma işləri xüsusilə rayonun Müsüslü, Yuxarı Şilyan, Boyat, Lək, Xələc, Qazyan, Qazıqumlaq icra nümayəndəliklərində daha mütəşəkkil aparılır.