CƏMİYYƏT


Ucarda maarifləndirici tədbir təşkil olunub

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayonu Gənclər və İdman İdarəsi, eləcə də Ucar Gənclər Evinin birgə təşkilatçılığı ilə "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər gənclərdə və uşaqlarda milli mənlik şüurunun inkişaf etdirilməsinin, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılmasının vacibliyini vurğulayıblar. Həmçinin uşaqların xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılığı mövzusunda müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.