CƏMİYYƏT
Ucarda oğurluğa cəhdin qarşısı polis əməkdaşlarının çevikliyi sayəsində alınıb
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 5-də saat 22 radələrində Ucar rayonu ərazisindəki inzibati binaların birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göyçay Regional Mühafizə Şöbəsindən verilən məlumata əsasən polis əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla xidməti otaqların birindəki seyfin kəsici alətlə qırıldığı və onun içərisindəki pulun oğurlanmasına cəhd göstərildiyi müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini Kənan İsmayılov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.