REGİONLAR


Ucarda oğurluq edən Göyçay sakini saxlanılıb

Ucar, 28 sentyabr, AZƏRTAC

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən Göyçay sakini, 29 yaşlı Yunis Quliyev saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dindirmə zamanı Yunis Quliyevin avqust ayının 15-də rayonun Küçəkənd kəndi ərazisində yerləşən mağazaların birinin dam örtüyünü qıraraq içəri daxil olduğu, oradan pul, müxtəlif növ siqaret və bir ədəd mobil telefon oğurladığı məlum olub.

İstintaq zamanı saxlanılan şəxsin sentyabr ayının əvvəlində Ucar rayonunun Alpout kəndi ərazisində yerləşən mağazaların birinə oğurluq məqsədilə qanunsuz daxil olduğu, lakin bu zaman obyektin sahibi ilə qarşılaşdığından ona vintaçanla xəsarət yetirərək hadisə yerindən qaçdığı da müəyyən edilib. Habelə, Y.Quliyevin yaşadığı Göyçay rayonu ərazisində yerləşən bir mağazadan müxtəlif növ siqaret oğurladığı da şöbə əməkdaşları tərəfindən sübuta yetirilib.

Dindirilmə zamanı Y.Quliyev törətdiyi əməlləri etiraf edərək, əldə etdiyi pulları xərclədiyini, siqaretləri isə satdığını bildirib. Bir ədəd mobil telefon isə maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Ucar RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.