REGİONLAR
Ucarda ölümlə nəticələnən ağır yol qəzası baş verib
Ucar, 20 noyabr, AZƏRTAC
Ucarda bir nəfərin ölümü, bir nəfərin isə xəsarəti ilə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə ötən axşam Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib. Belə ki, Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi “Hyundai” markalı minik maşını qoşqulu traktorun altına girib. Nəticədə minik maşınında olan sərnişin - 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. “Hyundai”ın sürücüsü F.Səlimov isə xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]