REGİONLAR


Ucarda ötən ildəkindən azı 2,5 dəfə çox barama tədarükü gözlənilir

Ucar, 5 iyun, AZƏRTAC 

Ucar rayonunda barama tədarükünə başlanılıb. Cari mövsümdə 310 qutu (5900 qram) ipəkqurdu toxumu bəsləyən kümçülər bol məhsul yetişdirməyə nail olublar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal edilən məhsul rayonda “Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil verilir.

Qeyd edək ki, ötən il rayonda 5037 kiloqram barama istehsal olunub. Bu il isə məhsul istehsalının azı 2,5 dəfə çox olacağı gözlənilir. Rayonun əksər ərazilərində, o cümlədən Yuxarı Şilyan, Bərgüşad, Bayat, Lək ərazi vahidlərində təcrübəli kümçülər bol məhsul yetişdirməyə nail olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.