REGİONLAR


Ucarda pambıq yığımı davam edir

Ucar, 16 oktyabr, AZƏRTAC

Ucar rayonunun pambıqçıları məhsul yığımını davam etdirirlər və artıq 285 ton “ağ qızıl” toplanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Xələc, Lək, Yuxarı Şilyan, Boyat və Şahlıq inzibati ərazi dairələrində 200 hektar sahədə pambıq yetişdirilib. Məhsulun 70 faizi texnikanın qüvvəsi, qalanı isə əl ilə yığılacaq. Yığıma bir ədəd pambıqyığan maşın cəlb olunub. İndiyədək yığılan “ağ qızıl”ın 200 tonu məhz texnikanın qüvvəsi ilə toplanıb. Əl ilə yığıma 80 nəfərədək işçi qüvvəsi cəlb olunub.

Qeyd edək ki, tarlalarda hələ məhsul çoxdur. Pambığın son qozasınadək toplanması üçün ciddi səy göstərilir. Pambıqçılar cari mövsümdə 500 ton məhsul götürmək əzmindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.