REGİONLAR


Ucarda pambıqyığan maşınlar sahələrə çıxarılıb

Ucar, 10 oktyabr, AZƏRTAC

Ucar rayonunda “ağ qızıl” toplanışı sürətlə davam edir və artıq məhsul yığımına pambıqyığan maşınlar da cəlb olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il 2500 hektarda pambıq yetişdirilib və ilk günlərdən yığım kampaniyasına 620 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hələlik tarlalardan 615 tonadək məhsul toplanıb.

Qeyd edək ki, bölgədə yetişdirilən məhsulun 80 faizinin texnikanın qüvvəsi ilə yığılması nəzərdə tutulub. Bu məqsədlə artıq bir neçə gündür ki, tarlalara 5 ədəd pambıqyığan maşın çıxarılıb. Daha çox əkin aparılan Bərgüşad, Təzə Şilyan, Şahlıq və bir sıra digər ərazi vahidlərində hazırda məhsulun çoxu məhz texnikanın qüvvəsi ilə yığılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.