REGİONLAR


Ucarda payızlıq taxıl əkini davam edir

Ucar, 19 noyabr, AZƏRTAC

Ucar rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək 6088 hektarda səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə gələn ilin məhsulu üçün 11,5 min hektarda taxıl səpini nəzərdə tutulub. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər hər gün sahələrə 30-dan çox texnika çıxarırlar. Rayonun əksər ərazilərində, xüsusilə Müsüslü, Yuxarı Şilyan, Qazqumlaq və bir sıra digər ərazi dairələrində bu mühüm kampaniya daha mütəşəkkil aparılır.

Qeyd edək ki, taxılçılar ilkin əkin aparılan sahələri suvarırlar. Bir sıra ərazilərdə əkinlərə çıxış suyu da verilir. Rayonun su təchizatı Yuxarı Şirvan kanalından, habelə Göyçay və Türyançay çaylarındandır. Bölgədə indiyədək 1046 hektar sahə suvarılıb və bu mühüm tədbir davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.