REGİONLAR
Ucarda taxıl biçini başa çatıb
Ucar, 7 iyul, AZƏRTAC
Ucar rayonunda taxıl biçini uğurla başa çatıb və zəmilərdən 29 min 249 ton məhsul götürülüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə 11 min 701 hektar ərazidə taxıl əkilib. Zəmilərin 6713 hektarını buğda, 4988 hektarı isə arpa təşkil edib. Taxıl istehsalı ötən ildəkindən 73 ton çox olub. Hər hektardan orta məhsuldarlıq isə 25 sentner təşkil edib.
Taxıl biçininə 40 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qaziyan, Qazqumlaq, Alpout, Yuxarı Şilyan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılıb və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]