REGİONLAR


Ucarda taxıl biçini kampaniyası başa çatıb

Ucar, 10 iyul, AZƏRTAC

Ucar taxılçıları biçin kampaniyasını başa çatdırıblar və zəmilərdən 34 min 368 ton məhsul götürüblər.

Bu barədə rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari mövsümdə istehsal edilən məhsul keçən ildəki göstəricidən 7402 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq da 2,4 sentner artaraq 24,9 sentner olub. Rayonun Müsüslü və Yuxarı Şilyan ərazi vahidlərində yeni yaradılan aqroparklarda, habelə Qaziyan, Qazıqumlaq, Qaradağlı, Şahlı və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir.

Qeyd edək ki, mühüm strateji sahə olan taxılçılıq Ucarda kənd təsərrüfatının ənənəvi sahəsidir. Cari ilin məhsulu üçün ötən payızda 13 min 792 hektarda taxıl əkilmişdi ki, bunun 7282 hektarı buğda, 6515 hektarı isə arpa idi. Əkin sahələri əvvəlki ildəkinə nisbətən 1811 hektar artırılıb.

Hazırda hər yerdə payızlıq əkin üçün yay şumu çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.