REGİONLAR
Ucarda taxıl biçini kampaniyasına 32 kombayn cəlb olunub
Ucar, 1 iyun, AZƏRTAC
Ucar rayonunda taxıl biçini kampaniyasına başlanılıb.
Rayon Dövlət Aqrar inkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 14 min 414 hektar sahədə taxıl yetişdirilib. Bunun 6457 hektarı buğda, 7957 hektarı isə arpadır. Zəmilərə hüquqi və fiziki şəxslərə məxsus 32 kombayn çıxarılıb. İlkin olaraq daha tez yetişən arpa sahələri biçilir. İlk iki gündə 485 hektar zəminin məhsulu biçilib.
Biçin kampaniyası rayonun Təzə Şilyan, Boyat, Qəziyan, Qazıqumlaq və bir sıra digər ərazi icra nümayəndəliklərində daha mütəşəkkil aparılır. Bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]