CƏMİYYƏT


Ucarda uşaqlara qarşı zorakılıqsız həyat mövzusunda müzakirələr aparılıb

Bakı, 12 oktyabr, AZƏRTAC

“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Uşaqlara qarşı zorakılıqsız həyat” adlı maarifləndirmə kampaniyası çərçivəsində Ucar rayonunda maarifləndirmə tədbiri keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə uşaqlar, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə layihənin eksperti Əhməd Mansurov görüləcək işlər, reallaşdırılan tədbirlər barədə məlumat verib. O, uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi və digər məsələlərdən danışıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.