REGİONLAR
Ucarda yay şumuna 20-dək texnika çıxarılır
Ucar, 23 iyul, AZƏRTAC
Ucar rayonunun təsərrüfatlarında hazırda bütün qüvvələr əkinçilikdə mühüm aqrotexniki tədbir olan yay şumunun çıxarılmasına səfərbər edilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə rayonda 12 min hektardan çox sahədə payızlıq bitkilər, o cümlədən taxıl, yonca və sair əkilməsi proqnozlaşdırılıb. Hazırda sahələrdə hər gün orta hesabla 20-dək traktor işləyir və gün ərzində 120-150 hektar sahədə şum işləri görülür.
Rayonun əksər ərazilərində, xüsusilə qarşıdakı payızda daha çox taxıl əkiləcək Yuxarı Şilyan, Təzə Şilyan, Qaracalı, Qazıyan və bir sıra digər ərazi vahidlərində şum çıxarılması sürətlə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]