REGİONLAR


Ucarlı fermerlər mal-qaralarının cins tərkibinin yaxşılaşdırılmasına üstünlük verirlər

Ucar, 20 dekabr, AZƏRTAC

Ucarlı fermerlər bəslədikləri mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar və bu işdə süni mayalandırmanın imkanlarından yararlanırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təkcə cari ilin on bir ayında süni mayalama yolu ilə 511 baş cins buzov alınıb. Bu müddətdə 950 baş inək süni mayalandırılıb.

Cins heyvanların az xərclə daha yaxşı qazanc gətirməsi, bu işdə sahibkarlara göstərilən dövlət dəstəyi artıq öz nəticələrini verməkdədir. İndi maldarlıqla məşğul olan hər kəs mal-qaralarının cins tərkibinin yaxşılaşdırılmasına çalışır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması isə heyvandarlıq məhsullarının istehsalında artıma səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.