REGİONLAR


Ucarlı sahibkar aztəminatlı ailələrə fərdi təsərrüfatlarını qurmaq üçün 13 min cücə paylayıb

Ucar, 10 aprel, AZƏRTAC

Ucar rayonundan olan sahibkar Asif Nuriyev xeyirxah addım ataraq, rayon mərkəzində, Alpod və Qazıqumlaq kəndlərində aztəminatlı ailələrə fərdi təsərrüfatlarında bəsləmək üçün 13 min cücə paylayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sahibkarın bu addımı ölkəmizdə tətbiq olunan karantin rejimi dövründə aztəminatlı ailələrə öz təsərrüfatlarını qurmağa və əlavə gəlir əldə etməyə imkan yaradır.

Sakinlər bu çətin günlərdə göstərdiyi xeyirxahlığa görə sahibkara razılıq ediblər.

Qeyd edək ki, Ucar şəhər sakini Asif Nuriyev cücə istehsalı müəssisəsinin sahibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.