ELM VƏ TƏHSİL


“Üç alov” beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına yekun vurulub

Bakı, 1 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Üç alov” uşaq və gənclərin onlayn II Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına qala-konsert formasında yekun vurulub.

Bu barədə AZƏRTAC-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, karantin rejimi ilə əlaqədar ikinci ildir onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Festivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı, ABŞ, Fransa, Kanada, Moldova, Rusiya, Belarus və Özbəkistan təmsilçiləri çıxış ediblər. Dörd yaş qrupu və üç nominasiya üzrə təşkil olunan festivala Təhsil Nazirliyi sistemindəki və digər ölkələrdən müraciət etmiş ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər daxil olmaqla 700 nəfər uşaq və gənc müraciət edib.

Münsiflər heyəti əməkdar və xalq artistləri, milli, müasir, bal rəqsləri müəllimləri, baletmeysterlər, xoreoqraflar, vokal və instrumental ifaçılıq üzrə müəllimlər tərəfindən təmsil olunub.

İyunun 1-də festivalın final mərhələsi sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən nümayəndələr canlı yayıma qoşulublar. Münsiflər heyəti tərəfindən festivala təqdim olunan ifalar üzrə finala çıxan 700 iştirakçı arasından seçilən 208 qalibdən 147 nəfər I, II, III və 61-i həvəsləndirici yerlər üzrə folklor, klassik, müasir bölmələrin qiymətləndirilməsi aparılıb. Festivalın Qran-pri mükafatına klassik instrumental ifaçılıq və yaradıcılıq əzminə görə, instrumental yaradıcılıq nominasiyasının, 12-14 yaş kateqoriyası üzrə Bakı Avropa liseyinin VIII sinif şagirdi, 23 nömrəli musiqi məktəbinin şagirdi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəblilərin könüllülər hərəkatının rəhbəri Səməd Əlizadə layiq görülüb.

Qaliblər diplom, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.