CƏMİYYƏT


Üç avtomobil qaçıran keçmiş məhkum tutulub

Bakı, 3 noyabr, AZƏRTAC 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəhimovun “TOFAŞ”, E.Soltanovun “VAZ-2106” və A.Mustafayevin “VAZ-2107” markalı avtomobillərini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum edilən Füzuli Soltanov olduğu müəyyənləşib.

Şəxsi axtarış zamanı ondan metamfetamin, bir ədəd gözyaşardıcı balon və bir bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.