İQTİSADİYYAT


Üç ayda Əmlak Məsələləri Dövlət Xidmətinə 18 min 835 müraciət daxil olub

Bakı, 27 aprel, AZƏRTAC

Cari ilin ilk 3 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) 193 Çağrı mərkəzi, onlayn çat və sosial şəbəkələr vasitəsilə ƏMDX-nin 18 min 835 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 18 min 275-i Çağrı mərkəzinin, 560-ı isə onlayn resursların payına düşür. Çağrı mərkəzinə daxil olan müraciətlərin 18 min 100-ü sorğu və müraciət xarakterli, 175-i isə araşdırma tələb edən məsələlər olub. Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, Əmlak Xidmətləri Məkanında növbəyə yazılmaq, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.

Qeyd edək ki, Çağrı mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Əmlak Məsələləri Dövlət Xidməti göstərilən xidmətlərlə bağlı sorğuların dərhal cavablandırılması, vətəndaşların hüquqi məlumatlandırılması və prosedurların izahı məsələlərinə diqqətlə yanaşır. Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.