İQTİSADİYYAT


Üç ayda Azərbaycanda 9,7 milyon ton neft və 6 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 17 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9 milyon 693,6 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 9 milyard 74,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 6 milyard 41,5 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,3 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 faiz çoxalıb.

Ölkədə neft istehsalı 0,4 faiz, qaz hasilatı isə 36 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.