İQTİSADİYYAT
Üç ayda Azərbaycanda əhali tərəfindən 1,3 milyard kubmetrədək təbii qaz istehlak olunub
Bakı, 22 may, AZƏRTAC
Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla bu ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6 milyard 762,3 milyon kubmetr təşkil edib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşıb. Təbii qazın 47 faizi istehlak, 34,9 faizi ixrac olunub, 6,4 faizi itkiyə gedib, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,7 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,3 faizi isə əhaliyə satılıb.
Bu ilin yanvar-mart aylarında 2 milyard 357,2 milyon kubmetr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 1 milyard 278,3 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox təbii qaz istehlak edilib. Onun 33,4 faizi Bakı şəhərinin, 4,4 faizi Naxçıvan Muxtar Respublikasının, 17,7 faizi Aran, 13,2 faizi Gəncə-Qazax, 9,0 faizi Abşeron, 6,7 faizi Lənkəran, 5,3 faizi Şəki-Zaqatala, 5,2 faizi Quba-Xaçmaz, 2,8 faizi Dağlıq Şirvan, 2,3 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]