REGİONLAR


Üç ayda Zaqatalada 299 uşaq dünyaya gəlib

Zaqatala, 12 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Zaqatala rayonunun əhalisi ilkin hesablamalara görə, 67 nəfər artaraq, 2022-ci il aprelin 1-i vəziyyətinə 131 min 133 nəfərə çatıb. Onlardan 33 min 46 nəfəri şəhər, 98 min 87 nəfəri isə kənd yerlərində yaşayır. Əhalinin 64 min 780 nəfərini və ya 49,4 faizini kişilər, 66 min 353 nəfərini və ya 50,6 faizini qadınlar təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-mart aylarında Zaqatala rayonunda 299 uşaq dünyaya gəlib. Üç ayda rayonda 241 ölüm halı qeydə alınıb.

Yanvar-mart aylarında rayon Qeydiyyat şöbəsi tərəfindən Zaqatalada 106 nikah və 44 boşanma halı rəsmiləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.