İQTİSADİYYAT


Üç ayda dəmir yolu ilə 476,2 min sərnişin daşınıb

Bakı, 26 aprel, AZƏRTAC

Yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə 476,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 56 faiz azalma olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 389 vaqon yüklənib, 346 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 18,8 min ton, qərb istiqaməti üzrə 3,2 min ton, cənub istiqaməti üzrə isə 1000 ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.