İQTİSADİYYAT


Üç ayda diri çəkidə 18,9 min ton quş əti istehsal edilib

Bakı, 27 aprel, AZƏRTAC

Yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 18,9 min ton (keçən il 19,1 min ton) quş əti və 183,6 milyon ədəd (keçən il 214,8 milyon ədəd) yumurta istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 307,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 54 ədəd yumurta alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.