İQTİSADİYYAT
Üç ayda dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi 3,6 milyard manat olub
Bakı, 7 may, AZƏRTAC
Cari ilin birinci rübündə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi 3 milyard 671,8 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41 faiz (2 milyard 608,2 milyon manat) artaraq 3 milyard 671,8 milyon manat olub. Bunun 227,5 milyon manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 milyard 444,3 milyon manatını isə Mərkəzi Bankın notlarıdır.
Üç ayda dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib, müvafiq olaraq 151,8 milyon manat və 3 milyard 363,1 milyon manat məbləğində yerləşdirmə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]