İQTİSADİYYAT


Üç ayda əsas kapitala yönəldilmiş vəsaitin 49 faizi sənayeyə yönəldilib

Bakı, 22 aprel, AZƏRTAC 

Bu ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49 faizi sənaye, 21,5 faizi tikinti, 15,3 faizi nəqliyyat və anbar təsərrüfatına yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin vəsaitin 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,9 faizi təhsil, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,9 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, səhiyyə, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.