İQTİSADİYYAT


Üç ayda ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

Bakı, 23 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 7 min 978 olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 44-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7 min 250-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 643-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.