İQTİSADİYYAT
Üç ayda vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard manatdan çox vəsait daxil olub
Bakı, 28 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11,3 milyon manat vəsait daxil olub ki, bunun da 2 milyard 85,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 925,6 milyon manatı isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıdır.
Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsindən AZƏRTAC-a verilən məlumata görə, DVX tərəfindən vergi daxilolmaları üzrə proqnoza 121,1 faiz əməl olunub, proqnoza nisbətən 363,9 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45,78 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin birinci rübü ilə müqayisədə 3,7 faiz artıb.