Üç azyaşlı qızın qulaqlarındakı sırğalarını çıxararaq soyğunçuluqla aparan şəxslər saxlanılıblar
AzerTAg.az
Bakı, 27 oktyabr, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin iki ayrı mənzilində yaşayan beş yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsi və rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar.
Onlarla bağlı aparılmış əməliyyat tədbirləri ilə həmin şəxslərin oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında üç yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var