İDMAN


Üç ölkə İspaniya Superkuboku matçına ev sahibliyi etmək istəyir

Bakı, 6 noyabr, AZƏRTAC 

İspaniya Superkuboku uğrunda matç yenidən xarici ölkədə keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, İspaniya Futbol Federasiyası ABŞ, Çin və Qətərdən müvafiq təkliflər alıb.

Təklif göndərənlər arasında “Jirona”-“Barselona” matçını ABŞ-da keçirmək istəyən “Relevent” şirkəti də var. Xatırladaq ki, FIFA bu təklifin əleyhinə çıxmışdı. Alınan məlumatlara görə, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales Birləşmiş Ştatlar variantına daha çox meyillidir. Belə ki, federasiya rəhbəri amerikan bazarının ispan çempionatı üçün strateji əhəmiyyətə malik olduğu fikrindədir. Bununla belə, Çin və Qətər matçın keçirilməsi üçün daha yüksək məbləğlər təklif edirlər.

Bu il Mərakeşdə keçirilən İspaniya Superkuboku matçında “Barselona” “Sevilya” klubunu 2:1 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.