İQTİSADİYYAT


Üç ölkə OPEC-ə müşahidəçi kimi qoşulub

Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC

Üç qeyri-OPEC neft istehsalçısı ölkə Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) müşahidəçi statusu əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib. O bildirib ki, Çad, Cənubi Afrika Respublikası və Özbəkistan müşahidəçi ölkə kimi OPEC-ə qoşulub. Həmçinin Afrika Neft İstehsalçıları Assosiasiyası da təşkilatda müşahidəçi olub.

Qeyd edək ki, 15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.