İQTİSADİYYAT


Üç rübdə Azərbaycandan 838 min tonadək neft məhsulları göndərilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 837 min 919 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Üç rübdə ixrac edilən neft məhsullarının dəyəri isə 425 milyon 147 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin 9 ayında Azərbaycandan 617 min 679 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri 238 milyon 267 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.